"Ailə tipli məktəbəqədər təhsil" layihəsi çərçivəsində onlayn təlim keçirilib
Fevralın 19-da ana-tərbiyəçilərin bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Uşaqların inkişafını izləmə strategiyaları” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə uşaqların inkişaf xüsusiyyətləri, onların inkişaf dinamikasını izləmə metodları və nəticələrin təhlili barədə ətraflı məlumat və nümunələr təqdim olunub.
Görüş zamanı ana-tərbiyəçilərin sualları cavablandırılıb, təklifləri dinlənilib və müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayından etibarən “Ailə tipli məktəbəqədər təhsil” layihəsi 16 rayonda fəaliyyətə başlayıb. Layihə çərçivəsində 293 məktəbəqədər yaşlı uşaq üçün təhsilə əlçatanlıq təmin edilib və 36 ana-tərbiyəçi prosesə cəlb olunub.
#MÜTDA #EduAz #MəktəbəqədərTəhsil #AiləTipliMəktəbəqədərTəhsil #Təlim
Yeni Şərh